Rəşad Sadıqov onlar üçün "TƏHLÜKƏLİDİRLƏR" söylədi - VİDEO

14 Aprel 2021 10:40 Zirə 1 048
Rəşad Sadıqov onlar üçün "TƏHLÜKƏLİDİRLƏR" söylədi - VİDEO

Azərbaycan Premyer Liqasında XXII turun “Zirə” – “Keşlə” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matç barədə fikirlərini bildirdi.

Sportinfo.az xəbər verir ki, o, nəticəni şərh edib:

“Son turlarda çox yaxşı futbol göstərən komandaya qarşı oynayırdıq. Baxmayaraq ki, uzun müddətdi qələbə qazanmırlar, matçın gedişi də təhlükəli rəqib olduqlarını göstərdi.

Oyun üstünlüyümüzlə keçdi. Bəzi məqamlarda dəqiqlik çatmadı, hücumları tamamlaya bilmədik. Hər halda, 1 xal qazandıq.

Qarşıdakı oyunlara baxacağıq. Kubokun yarımfinalında da “Keşlə” ilə rəqibik. Bu matç göstərdi ki, kubokda bizi çətin, gərgin oyunlar gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!