"Burada yaşamağa dəyər, cinayət yoxdur, sakit və dinc yerdir"

4 Aprel 2021 16:20 Zirə 977
"Burada yaşamağa dəyər, cinayət yoxdur, sakit və dinc yerdir"

"Buradakı əhalinin hamısı müsəlman deyil. Çox sayda rus, ukraynalı və digər xalqların nümayəndələri var".

Sportinfo.az xəbər verir ki, "Zirə"nin yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan gündəliyini vərəqləyib.

Braziliyalı oyunçu Bakıda yaşadığı üçün xoşbəxt olduğunu söyləyib: "Gündəlik həyat yaxşıdır, ailəmin və mənim sevdiyim ölkədir.

Həyat yoldaşım da buranı bəyənir, qızım məktəbdə yaxşı oxuyur. Hər kəs sənə hörmət edir və hamı insanlara köməklik etməyi sevir. Xüsusən də xaricdən gələnlərə.

Azərbaycanlılar mehriban insanlardır. Yaşamaq üçün çox yaxşı ölkədir. Cinayət yoxdur, sakit və dinc yerdir.

Mənim üçün isə ən önəmli olan bunlardır. Ən çox dəyər verdiyim şey ailəmin təhlükəsizliyidir".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”