Rəşad Sadıqov: "İndidən nəyəsə aldanmaq olmaz"

10 Fevral 2021 22:40 Zirə 537
Rəşad Sadıqov: "İndidən nəyəsə aldanmaq olmaz"

"Bizim üçün dəyişən bir şey yoxdur. Yolumuzu düz tutub, oyunumuzu yaxşılaşdırmalıyıq.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov dilə gətirib.

Gənc mütəxəssis "rəhbərliyin sizdən tam tələbi nədir: kubok, yoxsa çempionat" sualına bu cür cavablandırıb:

"Nə dərəcə alınacaq bilmirəm, indidən nəyəsə aldanmaq olmaz. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Qış fasiləsindın sonra rəqiblərin performansları da dəyişir.

Hər zaman məsuliyyətli olmuşuq. Hər oyuna tam məsuliyyətlə və formanın haqqını verməyə çıxırıq.

Futbolda qələbə də olur, məğlubiyyət də. Əsas olan yolumuza davam edib, diqqətimizi itirməməkdir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!