"Zirə"də qarşımıza hansısa konkret məqsəd qoyulmayıb"

10 Fevral 2021 11:40 Zirə 516
"Zirə"də qarşımıza hansısa konkret məqsəd qoyulmayıb"

"Hər oyun olduğu kimi, bu dəfə də qələbə qazanmaq üçün meydana çıxmışdıq.

Gördüyünüz kimi, çox ağır oyun keçdi. Əsas odur ki, sonda istədiyimiz nəticəni əldə edə bildik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə baş tutan oyun haqqında danışan "Zirə"nin yarımmüdafiəçisi İlkin Muradov deyib.

O, çütün taleyini həll edən vurduğu qoldan da danışıb: "Səlahət Ağayev əvvəl istədi topu qabağa vursun, amma sonra pauza götürdü. Bu anda ayağımı qoydum və top mənə dəyib qapıdan keçdi".

Muradov əsas hədəflərinin öz oyunlarını inkişaf etdirmək olduğunu bildirib:

"Qarşımızda konkret hansısa məqsəd yoxdur. İstəyimiz hər keçən gün oyunumuzu inkişaf etdirməkdir.

Oyunumuz istədiyimiz səviyyədə olsa, nəticələr özü gələcək. Növbəti mərhələdəki oyunlarda da məqsədimiz qələbə qazanmaq olacaq".

Xəbər Lenti