"İndidən nəyəsə aldanmaq olmaz" - Rəşad Sadıqov

7 Fevral 2021 19:50 Zirə 745
"İndidən nəyəsə aldanmaq olmaz" - Rəşad Sadıqov

"Futbolçularımı ürəkdən təbrik edirəm. Kubok oyunları bir az fərqli keçir. Bu oyunlarda komandalar daha çox nəticə üçün oynayır".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi" ilə evdə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis ilk matçdan sonra üstünlüyün komandasının tərəfində olduğunu bildirib: "Oyunu mərkəzdə aparmaq istəyirdik.

İkinci hissədə rəqib sistemini dəyişdi və təhlükəli hücumları oldu. Biz də sistemi dəyişəndən sonra oyun düzəldi. Bu gün inamlı mübarizə aparıb, üstünlüyümüzü dəyərləndirmək bizim üçün çox vacib idi".

Finala çıxmaq şanslarını dəyərləndirən Sadıqov növbəti oyunadək hələ ay yarım olduğunu söyləyib: "Keşlə"nin yeni baş məşqçisi var.

Bizi yarımfinalda çətin mübarizə gözləyir. Qarşıda çempionat oyunları var və hazırda diqqətimiz bundadır. Yarımfinal oyununadək komandaların durumuna görə planı quracağıq".

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"