“Neftçi” üzərində qələbənin “Zirə”yə QAZANDIRACAĞI MƏBLƏĞ

7 Fevral 2021 17:20 Zirə 1 001
“Neftçi” üzərində qələbənin “Zirə”yə QAZANDIRACAĞI MƏBLƏĞ

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

“Neftçi” bu gün “Zirə”nin qonağı olacaq.

İlk oyunda doğma meydanda qəsəbə təmsilçisinə 0:1 hesabıyla məğlub olan “ağ-qaralar” cavab oyununda mərhələ keçmək niyyətindədir. “Qartallar” isə doğma meydanda minimal hesablı üstünlüyü qorumağa çalışacaq.

Bu, onlara böyük məbləğ qazandıra bilər. Hər halda klubun fəxri prezidenti Orxan Məmmədov onlarabelə bir vəd verib.

Komanda yarımfinala vəsiqə qazanarsa, əsas heyət üzvləri 1500-2000 manat civarında mükafatlandırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti