“Zirə” və “Neftçi” üçün

7 Fevral 2021 00:42 Zirə 653
“Zirə” və “Neftçi” üçün

Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki cavab oyununun hakim təyinatları müəyyənləşib.

Sportinffo.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi Gəncə və Bakıdakı matçları idarə edəcək referilərin adlarını açıqlayıb.

“Kəpəz” – “Keşlə” duelində Elçin Məsiyev fit çalacaq. “Zirə” ilə “Neftçi” arasındakı qarşılaşmada isə İnqilab Məmmədov ədaləti qoruyacaq.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları
7 fevral (bazar)
14:30. “Kəpəz” – “Keşlə”
Hakimlər:
Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Gəncə şəhər stadionu

17:30. “Zirə” – “Neftçi”
Hakimlər:
İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu

Xəbər Lenti