"Zirə"də 5-ci braziliyalı

5 Fevral 2021 10:40 Zirə 561
"Zirə"də 5-ci braziliyalı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyunu daha bir futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, “qartallar”ın 1:0 hesablı qələbə qazandığı matçın 77-ci dəqiqəsində meydana daxil olan Filipe Pahtman ilk rəsmi görüşünü keçirib.

Filipe klub tarixinə Braziliya vətəndaşı kimi qeydiyyatdan keçən 5-ci əcnəbi olub. Onadək Dieqo Souza, Eduard Makiel, Mateus Albino və Rangel Kayo “Zirə”nin formasını geyinib.

Pahtman “qartallar”ın heyətində meydana çıxan ən gənc əcnəbi olub. O, 20 yaş 9 ay 23 günlüyündə qəsəbə təmsilçisində debüt edib.

Cənubi amerikalıya qədər bu rekord Georgi Qoroziyaya məxsus idi. 2016/17 mövsümündə şans qazanan gürcüstanlı 21 yaş 11 ay 10 günlüyündə ilk dəfə “Zirə” forması geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı