Azərbaycanlı futbolçunun Portuqaliyaya viza almasında yaranan maneə - SƏFİRLİKDƏN AÇIQLAMA

4 Fevral 2021 14:40 Zirə 769
Azərbaycanlı futbolçunun Portuqaliyaya viza almasında yaranan maneə - SƏFİRLİKDƏN AÇIQLAMA

“Zirə”nin futbolçusu Cəlal Hüseynovun Portuqaliyanın “Benfika” klubunun düşərgəsinə yollanması problemə çevrilib.

Belə ki, Lissabon klubu yanvarın 3-dən 16-dək 18 yaşlı mərkəz müdafiəçisini baxışa çağırsa da, viza almaq mümkün olmayıb.

Portuqaliyanın Azərbaycanda səfirliyi olsa da, konsulluq xidməti olmadığından, bu ölkəyə viza məsələlərini Fransanın Bakıdakı diplomatik nümayəndəliyi həyata keçirir. Bəs vizanın yubanmasının səbəbi nədir?

Sportinfo.az xəbər verir ki, oxu.z Fransanın Bakıdakı səfirliyi ilə əlaqə saxlayıb. Məlum olub ki, “Zirə” onlara müraciət edib.

Fransa konsulluğu isə öz növbəsində futbolçuya Şengen vizasının verilməsi üçün Portuqaliyanın İstanbuldakı səfirliyinə müraciət edib. Lakin qarşı tərəf hələ ki məsələyə reaksiya verməkdə tələsmir.

Aydın məsələdir ki, Portuqaliya konsulluğunun yubanması bu ölkəyə pandemiya ilə əlaqədar səfərlərin məhdudlaşdırılması ilə bağlıdır. Çünki ilin əvvəlindən Portuqaliyada koronavirusla bağlı vəziyyət gərginləşib.

Hətta İngiltərənin “Arsenal” klubu “Benfika” ilə Avropa Liqası matçı üçün Lissabona getmək istəməyərək, oyunun neytral meydanda keçirilməsini istəyir.

Digər Xəbərlər
Xəbər Lenti