“Zirə” problemini həll etdi: 800 manatlıq... - FOTO

4 Fevral 2021 17:20 Zirə 844
“Zirə” problemini həll etdi: 800 manatlıq... - FOTO

AFFA İntizam Komitəsinin srağagün keçirilən iclasında premyer-liqanın 14-cü turu ilə bağlı qərarlar açıqlandı.

Sportinfo.az xəbər verir ki Zirə İdman Kompleksinin stadionundakı hesab tablosu işlək vəziyyətdə olmadığına görə “qartallar” 800 manat cərimələnib.

Problemin nədən qaynaqlandığını öyrənmək üçün paytaxt təmsilçisi ilə əlaqə saxladıq. Klubun mətbuat katibi Elmar Abdullazadə qəzetimizə açıqlamasında məsələ ilə bağlı bunları dedi (Futbol+):

“Tabloda bizdən asılı olmayan səbəbdən problem yarandı. Təmiri yerində müdaxilə etməklə mümkün deyildi. Bu səbəbdən də İntizam Komitəsi bizi cəzalandırdı. Problemin həll olunmasına çalışırıq”.

“Zirə” rəhbərliyi İntizam Komitəsinin qərarından sonra problemi həll edib. Artıq tabloda heç bir problem yoxdu və ölkə kubokunun 1/4 finalının “Zirə” - “Neftçi” matçında tam işlək vəziyyətdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti