Braziliyalı yeni transfer: “Zirə”yə çempion olmaq üçün gəlmişəm”

4 Fevral 2021 12:40 Zirə 553
Braziliyalı yeni transfer: “Zirə”yə çempion olmaq üçün gəlmişəm”

“Zirə”yə gəlişimlə çox motivasiya oldum”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin yeni transferi Filipe Paxtman deyib.

Ukraynanın “Lvov” klubundan mövsümün sonuna qədər icarəyə götürülən braziliyalı hücumçu paytaxt təmsilçisində uyğunlaşma problemi yaşamayacağını düşünür:

“Zirə” yaxşı kollektivə sahibdir, avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparır. Bir müddətdir Braziliyadan kənarda olduğum üçün tez uyğunlaşacağıma inanıram. Nikbinlik böyükdür”.

İddialı danışan 21 yaşlı forvard çempionluq arzusunda olduğunu gizlətməyib: “Bütün Avropa komandalarının arzusu Çempionlar Liqası və ya Avropa Liqası oynamaqdır.

“Zirə”yə çempion olmaq, bu yolda komandaya kömək etmək üçün gəlmişəm. Ancaq avrokuboklara vəsiqə şansı verdiyindən, hazırkı mövqeyin də bizim üçün önəmli olduğunu deməliyəm”.

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi” ilə matçda debüt edən Filipe Paxtman mövsümün sonunda bakılılarla 3 illik müqavilə imzalamaq hüququna malikdir.

Xəbər Lenti