"Zirə"ni incitmədi, cəmi 2 ayın maaşı ilə kifayətləndi

30 Yanvar 2021 16:00 Zirə 840
"Zirə"ni incitmədi, cəmi 2 ayın maaşı ilə kifayətləndi

"Zirə"nin Ali Sesayla yollarını ayırmasının təfərrüatı məlum olub.

27 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Və bu zaman qəsəbə klub artıq zərərdən qurtulub.

Sierra-leoneli legionerin sözləşməsi mövsümün sonunda başa çataqdı. Ötən ilin əvvəlində Azərbaycana gəlmiş Sesaya cəmi 2 ayın maaşı ödəniləcək.

Serbiyadan Nemanya Andelkoviçin transferindən sonra sezonun qalan hissəsində çox da forma şansı qazanmayacağını təxmin etdiyi üçün afrikalı arxa xətt oyunçusu ayrılıq təklifini təbii qarşılayıb.

SPORTİNFO.AZ

Xəbər Lenti