"Zirə" braziliyalı hücumçu ilə gücləndi - SON DƏQİQƏ

29 Yanvar 2021 17:00 Zirə 1 693
"Zirə" braziliyalı hücumçu ilə gücləndi - SON DƏQİQƏ

"Zirə" qış transfer pəncərəsində növbəti futbolçunu heyətinə qatıb.

Sportinfo.az-ın məlumatına görə, Bakı təmsilçisi Ukraynanın "Lvov" klubuna məxsus hücumçu Filipe Paçmanla anlaşıb. Braziliyalı futbolçu qarşıdakı 6 ayı icarə əsasında "Zirə"də keçirəcək.

Özünü yaxşı tərəfdən göstərə bilsə, futbolçu ilə mövsümün sonu yeni müqavilə imzalanması üçün danışıqlar aparılacaq.

Xatırladaq ki, "Zirə" qış transfer pəncərəsində buna kimi Nemanya Andelkoviç və Musa Qurbanlını heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti