Rəşad Sadıqovun ilk dəfə elə bir FOTOsu üzə çıxdı ki..

14 Yanvar 2021 14:00 Zirə 1 535
Rəşad Sadıqovun ilk dəfə elə bir FOTOsu üzə çıxdı ki..

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov dünən gözləntilməz təyinatla gündəmə gəldi.

Bu mövsüm qəsəbə təmsilçisində görəvə gələn gənc mütəxəssis futbolda ilk müəllimi olan Vaqif Paşayevi özünə köməkçi təyin etdi.

«Xəzər»TV-nin idman aparcısı Ceyhun Rzayev onların 22-23 il öncə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. Profil müəllifinin Onun paylaşımına çoxlu sayda bəyənmə gəlib.

Rzayev paylaşımına «Futbolda ilk müəllimi olub, indi də yanına gətirdi» sözlərini əlavə edib.

Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov bu haqda «gözəl və unikal hadisədir» yazıb.

«Qəbələ»nin sabiq rəisi isə «Heç nə, canavar» ifafəsini işlədib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti