"Zirə" yeni transferləri nə vaxt həyata keçirəcək?

11 Yanvar 2021 16:00 Zirə 657
"Zirə" yeni transferləri nə vaxt həyata keçirəcək?

«Maraqlandığımız və bəyəndiyimiz bir neçə futbolçu var, amma hələ heç biri dəqiqləşməyib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Qəsəbə təmsilçisi mövsümün il kiki dövrəsində qazandığı uğurlu nəticənin davamıını gətirmək fikrində qətiyyətlidir. Premyer Liqanın liderlər qrupunda yer alan «qartallar»ın 3 transfer etmək istəməsi məlumdur.

Gənc çalışdırıcı bu yöndə danışıqların getdiyini bildirib: «Variantlar şərtlərdən asılı olaraq tez-tez dəyişir, ona görə də dəqiq nəsə demək olmur.

Bizə təklif olunan legionerlər kifayət qədər çoxdur. Hamısına baxırıq, ciddi araşdırırıq, fikrimizi deyirik.

Hələ bilinmir hansı alınacaq, hansı yox. Bizdən asılı olmayan məsələlər var».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!