"Benftka" Hüseynovu gətirmək üçün nazirlikdən kömək istədi

11 Yanvar 2021 09:40 Zirə 2 168
"Benftka" Hüseynovu gətirmək üçün nazirlikdən kömək istədi

«Zirə»nin müdafiəçisi Cəlal Hüseynovu maraq dairəsinə alan «Benfika» Portuqaliyanın Xarici İşlər Nazirliyinə (XİN) müracəit edib.

Sportinfo.az-ın məlumatına görə, Lissabon klubu azərbaycanlı futbolçunun sənəd problemini yoluna qoymaq məqsədilə yerli XİN-dən kömək istəyib.

Burada söhbət ondan gedir ki, Fransanın ölkəmizdəki səfirliyi 18 yaşlı oyunçunun Portuqaliyaya baxışa yollanmasına hələ icazə verməyib.

«Zirə» dekabrın son günlərində səfirliyə müraciət etsə də, bugünlər ərzində viza məsələsi həllini tapmayıb. «Şengen» olmalıdır ki, Hüseynov «Benfika»nın düşərgəsinə gedə bilsin.

Əvvəlki plana görə, o, yanvarın 3-də sözügedən ölkəyə üz tutmalı, 17-də geri qayıtmalı idi.

«Benfika» indi də bu səfərin yanvarın 22-də baş tutmasına çalışır. Əgər ikinci variant da gerçəkləşməsə, Cəlal fevralda Portuqaliyanın yolunu tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti