Bir vaxtlar Azərbaycan futbolunda "kral" idi, indi isə…

10 Yanvar 2021 11:40 Zirə 1 353
Bir vaxtlar Azərbaycan futbolunda "kral" idi, indi isə…

2013-2017 və 2019-cu illərdə “Qarabağ”ın formasını geyinən Reynaldonu yenidən Premyer Liqamızda izləyə bilərik.

Braziliyalı hücumçu bu dəfə “Zirə“yə keçməyə cəhd edir.

Son olaraq Batumu “Dinamo“sunun şərəfini qoruyan braziliyalı hücumçu artıq buradan ayrılıb. Gürcüstan çempionatında özünü görməyən 32 yaşlı forvard şəxsi əlaqələrindən yararlanaraq, Rəşad Sadıqova xəbər göndərib.

O, simvolik məbləğ qarşılığında mövsümün qalan hissəsində bu formanı geyinmək istədiyini bildirib. Reynaldo intizamla bağlı hər şeyin qaydasında olacağını, əsas heyətə düşmək uğrunda var qüvvəsiylə mübarizə aparacağını, ehtiyatda qalarsa, bunu problemə çevirməyəcəyini deyib.

“Zirə“ sürpriz transferi gerçəkləşdirrməyə hazırdırmı? Bu gün üçün qəti fikir söyləmək tezdir, çünki əldə dəqiq məlumat yoxdur.

Güman ki, bu, digər hücumçularla aparılan danışıqların nəticəsinə bağlı olacaq. Qış fasiləsirndə “Qarabağ“dan Musa Qurbanlını 6 ay müddətinə icarəyə götürən qəsəbə təmsilçisi hazırda bir neçə legionerlə yaxından maraqlanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı