Azərbaycan klubu "Çelsi"nin ulduzunun menecerinə vaxt qoydu

9 Yanvar 2021 17:40 Zirə 1 410
Azərbaycan klubu "Çelsi"nin ulduzunun menecerinə vaxt qoydu

“Zirə” heyətinə yeni legioner cəlb etmək istəyir.

Bu barədə "areanapoli.it" saytına müsahibəsində menecer Joao Santos məlumat verib.

O, adını çəkmədiyi futbolçunun keçidi üçün Azərbaycan təmsilçisi ilə danışıqların aparıldığını söyləyib. Santos həmin oyunçunun istedadlı olduğunu da vurğulayıb:

“Çox ümidverici bir futbolçu var. Hazırda onun keçidi üçün Azərbaycanın “Zirə” klubu ilə danışıqlar aparırıq”.

Joao Santos "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyonun da meneceridir.

Bildiyimizə görə, "Zirə"nin bəyəndiyi legioner braziliyalıdır. Ampluası müdafiəçi olan "sambaçı"ya 10 min dollar maaş təklif edilib.

O, öncə Azərbaycana gəlməyə razılaşsa da, sonradan ortaya başqa problemlər çıxıb. Odur ki, "qartallar" Joao Santosa vaxt verib. braziliyalı yaxın 2-3 gün ərzində yekun qərarını açıqlamasa da, transferindən imtina olunacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!