Fransızlar azərbaycanlı futbolçunun məşhur kluba getməsinə problem yaradır

8 Yanvar 2021 17:40 Zirə 1 450
Fransızlar azərbaycanlı futbolçunun məşhur kluba getməsinə problem yaradır

«Zirə»nin müdafiəçisi Cəlal Hüseynovun Portuqaliya səfərdə nəzərdə tutulan vaxtda baş tutmaya bilər.

Sportinfo.az-ın məlumatına görə, Fransanın ölkəmizdəki səfirliyi hələ klubun müraciətinə cavab verməyib.

Problem ondadır ki, 18 yaşı yenicə tamam olan futbolçu yeni xarici pasport alıb. Bura isə şengen vizası vurulmalıdır ki, o, «Benfika»nın düşərgəsinə yollana bilsin.

Qəsəbə təmsilçisi bütün sənədləri hazırlayaraq, səfirliyə elektron məktub göndərib. Normalda proses dünən başa çatdırılmalı idi. Lakin nə dünən, nə də bu gün diplomatik qurumdan xəbər var.

Odur ki,Hüseynovun «Benfika» ilə razılaşdırılmış səfər proqramının pozulması təhlükəsi yaranıb. Axı o, yanvarın 16-18-i aralığında yoxlanışdan geri qayıdıb, «Zirə»nin «Qəbələ» ilə keçirəcəyi Premyer Liqa matçında iştirak etməlidir.

Hər halda klublar arasında danışıqlarda belə bir razılaşma əldə olunub. Baxış müddəti 2 həftəlik nəzərdə tutulduğundan, yeni yaranan problem məsələyə təkrar baxıılmasını zərurətə çevirib.

Bu səbəbdən «Zirə» ilə «Benfika» Cəlaa görə yenidən fikir mübadiləsi aparacaq – səfərin növbəti tarixə ertələnməsi ətrafında. Böyük ehtimalla, istedadlı gənc fevralın axırı, martın əvvəlinədək gözələməli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!