Rəşad Sadıqov: "Mən hələ çempionatın ilk günlərindən deyirdim ki…"

7 Yanvar 2021 17:40 Zirə 992
Rəşad Sadıqov: "Mən hələ çempionatın ilk günlərindən deyirdim ki…"

«Ayın 2-dən hazırlığı bərpa etmişik. 10 günlük toplanışımız var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Qəsəbə təmsilçisinin çalışdırdığı qısamüddətli qış fasiləsini necə dəyərləndirliklərini incələyib: «Bu müddətdə «Qarabağ» və «Sumqayıt»la yoxlama oyunları keçirəcəyik.

Hər şey qaydasındadır, bütün futbolçular buradadır. Qış fasiləsi qısaldılıb, yanvarın 21-də çempionatın üçüncü dövrəsi start götürür.

Ona görə də əvvəlcədən tutduğumuz hazırlıq proqramında bir qədər dəyişiklik etməli olduq. Halbuki Antalyada iki həftəlik toplanış keçməyi düşünürdük.

Koronavirus pandemiyasına görə Bakıda qalmalıyıq. Müddət az oldu deyə, heç 3-4 yoxlama görüşü də keçirə bilmirik.

Çempionat oyunları da bir-birindən ağır olacaq. Bizi qarşıdakı ilk turda «Qəbələ» ilə çox məsuliyyətli oyun gözləyir.

Mən hələ çempionatın ilk günlərindən «Qəbələ»nin gücü haqda danışırdım, deyirdim ki, çempionatın ən maraqlı futbol oynayan komandadarından biridir.

Baxırsan ki, məğlub olduqları oyunlarda belə, xeyli qol epizodu yaradırlar, gözəl futbol nümayiş etdirirlər. Odur ki, onlarla oyuna çox ciddi hazırlaşırıq.

Kifayət qədər diqqətli olmalıyıq. «Qəbələ»yə qarşı layiqli mübarizə aparmaq üçün ayın 21-dək optimal forma yığmalıyıq».

Xəbər Lenti