"Benfika”nın "Zirə”nin müdafiəçisi ilə bağlı planları - TƏFƏRRÜAT

5 Yanvar 2021 09:40 Zirə 1 134
"Benfika”nın "Zirə”nin müdafiəçisi ilə bağlı planları - TƏFƏRRÜAT

"Zirə”nin müdafiəçisi Cəlal Hüseynov qarşıdakı günlərdə Portuqaliyaya yollanacaq.

Sportinfo.az-ın məlumatına görə, "Benfika”nın maraq dairəsinə düşən 18 yaşlı gənc hazırda sənəd problemini həll etməklə məşğuldur.

Məşhur Lissabon klubu hələ dekabrda "Zirə"ni istəyindən xəbərdar edib. Və Cəlalın yanvarın 3-də Portuqaliyaya gəlməsinə şərait yaradılması xahiş olunub.

Demə, "Benfika"nın skautları onu xeyli müddətdir nəzarət altında saxlayırmış. Hətta "Qarabağ" və "Neftçi" ilə oyunları izləmək üçün bura təşrif buyurublar, ondan sonra məşqçilər korpusuna müsbət rəy veriblər.

Sadəcə, həmin vaxt Hüseynovun pasportunun müddəti bitdiyindən, yenilənməsi lazım gəlib.

Bu isə Yeni il ilə əlaqədar qeyri-rəsmi iş günlərinə təsadüf etdiyindən, o, göstərilən tarixdə Portuqaliyaya yollana bilməyib. Yoxsa yanvarın 16-dək orada qalacaq, əvəzedici komandanın məşqlərinə qatılacaqdı.

İndi hər şey Fransa səfirliyində şengen vizasının açılmasından asılıdır. Böyük ehtitmalla, problem 1-2 gün içində həllini tapacaq. Ayın 16-dək "Benfika"nın düşərgəsində yer alacaq, ardınca vətənə dönəcək.

Lissabon təmsilçisi onunla batğlı qərarını yekun qərarını növbəti 3 gün ərzində verəcək. Əgər bəyənilsə, "Zirə" gənc müdafiəçisini yanvarın 21-dən sonra təkrar Portuqaliyaya yola salacaq. Bu dəfə birbaşa müqavilə üçün.

Cəlal Hüseynov 2019-cu ilin yayında əsas komandaya götürülüb. Lakin onun debütü cari mövsümə təsadüf edib.

O, Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində "Qarabağ”la oyunda debüt etməklə "Zirə”nin heyətində ilk matçını keçirmiş ən gənc futbolçu adına sahib çıxıb. Cəlal onda 17 yaş, 9 ay və 23 günlükdə olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”