Avropanın məşhur klubu azərbaycanlı futbolçunu baxışa çağırdı

4 Yanvar 2021 22:40 Zirə 1 288
Avropanın məşhur klubu azərbaycanlı futbolçunu baxışa çağırdı

"Zirə”nin futbolçusu Cəlal Hüseynov Portuqaliyanın ən məşhur klublarından olan "Benfika”nın maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, 2 gün əvvəl 18 yaşını tamamlamış müdafiəçi üçün Bakı klubuna rəsmi məktub gəlib.

Futbolçu baxışa dəvət olunub. Lakin yeniyetmə futbolçunun Portuqaliyanın paytaxtı Lissabona nə vaxt gedəcəyi hələ bəlli deyil. Hər şey Fransa səfirliyində Şengen vizasının açılmasından asılıdır.

Cəlal Hüseynov 2019-cu ilin yayında əsas komandaya götürülüb. Lakin onun debütü cari mövsümə təsadüf edib.

O, Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində "Qarabağ”la oyunda debüt etməklə "Zirə”nin heyətində ilk matçını keçirmiş ən gənc futbolçu adına sahib çıxıb. Cəlal onda 17 yaş, 9 ay və 23 günlükdə olub.

Digər Xəbərlər
Xəbər Lenti