"Bu səbəbdən hazırda bizə mütləq şəkildə 2-3 transfer lazımdır"

2 Yanvar 2021 13:40 Zirə 889
"Bu səbəbdən hazırda bizə mütləq şəkildə 2-3 transfer lazımdır"

"Mənim legionerlərlə bağlı bir prinsipim var".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusdur.

O, Premyer Liqanın XIII turunda "Qarabağ"a qarşı oyundan sonra mətbuat konfransında heyəti gücləndirmək üçün 2-3 futbolçu transfer etmək istədiyini bildirmişdi.

Qəsəbə təmsilçisinin anlaşdığı yeni oyunçular varmı? Eyni zamanda, komandadan başqa futbolçuların ayrılmağı gözlənilirmi? R.Sadıqovu dinləyək:

"Ümumiyyətlə, yayda belə, transfer işlərini tamamlamamışdıq. Yaxşı oyunçudursa, transfer edim. Səviyyəsi sual altındadırsa, say doldurmaq naminə kimisə komandaya götürmək istəmirəm.

Onsuz da, bizdə 1 oyunçu transferi var idi. Qış fasiləsinədək Kaio Rangel da Silva və Rəşad Eyyubovla yollarımızı ayırdıq. Bu səbəbdən hazırda bizə mütləq şəkildə 2-3 transfer lazımdır.

Bundan sonra kiminsə komandadan göndərilməsi planımda yoxdur. Bəlkə kimsə yenidən ayrılmaq istədi. Bu, xüsusilə daha çox oynamaq istəyən futbolçulara aiddir.

Özüm futbolun içində olmuşam. Kimsə bu fikirlə yanıma gələ bilər və biz yenidən ayrılıq məsləsinə qayıdarıq. Komandanın maraqlarına uyğun fərqli qərarlar qəbul edə bilərik.

Bu günlərdə Yurgen Kloppun bir açıqlaması qarşıma çıxdı. Deyib ki, biz getmək istəyən futbolçunu komandada məcbur saxlaya bilmərik. Mən özüm də məsələyə bu cür yanaşıram.

Futbolçunu zorla saxlamaq komandaya zərərdən başqa bir şey verməz. Ona görə əminlikdə danışa bilmirəm. Mən tərəfdən mövzu bağlıdır.

Hazırda daha çox gələcək futbolçuları düşünürük. Danışıq apardığımız, təklif göndərdiyimiz, izlədiyimiz legionerlər var. Ən azı, 2 və ya 3 əcnəbi oyunçu transfer etməyi düşünürük".

Digər Xəbərlər
Xəbər Lenti