«Yerli bazarda vəziyyət çox çətindir».
Sportinfo.az xəbər verir ki, «Zirə»nin baş məşqçisi Rəşad Sadıqov bu açıqlama ilə çıxış edib.
O, qış transfer bazarlığında qarşılaşdıqları çətinliklər barədə danışıb: «Bu gün elə futbolçular var ki, rəhbərliyim altında oynamasını istəyərəm.
Amma qışda transfer etmək çətindir. Çünki sənin istədiyin futbolçu klubuna da lazımdır və heç kim onu havayı buraxmayacaq.
Bizim büdcəmiz də ona imkan vermir ki, hansısa oyunçuya böyük vəsait ödəyək. Onların müqaviləsinin başa çatmasını gözləməyə məcburuq.
Komandamızdakı yerli futbolçular məni qane edir. Hazırda bu mənada ehtiyac olduğunu da düşünmürəm. Amma bəzi mövqelərə legioner alınmalıdır. İstədiyim səviyyədə oyunçu olsa, götürəcəyik. Olmasa, transfer etməyəcəyik».

