Rəşad Sadıqov: "Bu, artıq mənim səlahiyyətlərimi aşan məsələdir"

30 Dekabr 2020 12:40 Zirə 1 092
Rəşad Sadıqov: "Bu, artıq mənim səlahiyyətlərimi aşan məsələdir"

"Püşkü düzgün qiymətləndirmək lazımdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov dilə gətirib.

O, millinin DÇ-2022-nin seçmə mərhələsində şanslarını dəyərləndirib. Uzun illər yığmanın kapitanı olmuş gənc mütəxəssis deyib:

"Qrupumuza düşən rəqiblərdən hər biri bizdən güclüdür. Buna görə istənilən püşk bizə vahiməli görünə bilər.

Amma real yanaşsaq, Portuqaliyadan başqa, digər yığmalar bizə uyğun rəqiblərdir. Məsələn, ikinci səbətdən seçim imkanım olsaydı,

Serbiyanın adını çəkərdim. Yaxud 3-cü səbətdən İrlandiyanı, 4-dən Lüksemburqu seçərdim. Bəli, ilk baxışda bizdən güclü görünə bilərlər. Daha iddialı komandalarla da düşə bilərdik.

Həm Serbiya, həm də İrlandiyaya qarşı inamlı mübarizə aparmaq, səfərdə xal almaq, hətta evdə qalib gəlmək də olar. Əvvəlki matçlar da bunu göstərib.

Lüksemburqa gəlincə, özümüz də şahidi olduq ki, bu rəqiblə oynaya və yaxşı nəticə əldə edə bilərik. Qarşıya qrupda hansı yeri tutmaq məqsədi qoyulub, bu, artıq mənim səlahiyyətlərimi aşan məsələdir.

İmkan daxilində irəliləmək, yaxşı yer üçün mübarizə aparmaq olar. Əsas odur ki, baş məşqçi həm futbolçulara, həm özünə inanır.

Albaniya millisinin sükanı arxasında Portuqaliya və Serbiya ilə qarşılaşıb. Pozitiv düşünürəm. İnanıram ki, qrupda inamlı çıxış edəcəklər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti