"Zirə"nin legioneri Davit Volkov subaylığın daşını atıb.
Sportinfo.az xəbər verir ki, gürcüstanlı futbolçu Bakıda nikaha girib.
O, xeyli vaxtdır birlikdə olduğu sevgilisi ilə münasibətlərini Azərbaycanda rəsmiləşdirməyi qərara alıb. Davitin xoş günündə həmyerlisi və yaxın dostu Merab Qiqauri ilə sevgilisi yanında olub.
Cütlük nikah haqqında şəhadətnamə ilə çəkdirdikləri fotonu sosial şəbəkə paylaşınca, çoxsaylı təbrik mesajları gəlib.
Volkov 2018-19 mövsümünün ikinci, 2019-20 mövsümünün birinci yarısını "Qəbələ"də keçirməklə 27 çempionat qarşılaşmasında 7 dəfə fərqlənmişdi. Bu ilin əvvəlindən çıxış etdiyi "Zirə"də 19 matçda 5 dəfə fərqlənib.

