"Komanda bir həftəlik fasiləyə buraxılıb, yanvarın 2-də toplaşacağıq".
Sportinfo.az xəbər verir ki, bu açıqlama "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusjur.
38 yaşlı çalışdırıcı legionerlərin fasilə müddətində öz ölkələrinə getməmələrinin mümkünlüyünü dilə gətirib:
"Legionerlərlə ölkə xaricinə getməmək barədə söhbət olub. Yoluxma sayı artdığı üçün bu addımı atdıq.
Kimsə desə ki, getmək istəyirəm, qarşısını almayacağıq. Mən kiməsə deməmişəm ki, evə getmək olmaz.
Mən özüm də uzun müddət bazada qalıram. Belə edəndə futbolçular xəstələnmədi. Bu gün fasiləyə müəyyən səviyyədə gedirik.
Özümüzü iki həftədən çox yaxşı hiss etdik. Mən toplanışdan istədiyimi aldım".

