Rəşad Sadıqov: "İki və ya maksimum 3 futbolçu almaq istəyirəm"

26 Dekabr 2020 16:20 Zirə 1 275
Rəşad Sadıqov: "İki və ya maksimum 3 futbolçu almaq istəyirəm"

"Bu günümüzə, qazandığımız xallara şükür edirəm, amma bununla kifayətlənən insan deyiləm".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusdur.

Onun çalışdırdığı qəsəbə təmsilçisi uğurlu çıxış edərək, Premyer Liqanın ilk 2 dövrəsində 20 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində məskunlaşıb..

Komandanın hazırkı nəticələri ilə kifayətlənməyəcəyini deyən gənc sükançı qarşıdakı planlarından danışıb:

"Qarşımıza məqsəd qoymuşuq ki, daha yaxşı komanda olaq. Yeni futbolçular olacaq. Qışda oyunçu almaq çətindir. İki və ya maksimum 3 futbolçu almaq istəyirəm.

Planda kiminsə göndərilməsi yoxdur, Rəşad Eyubov və Kayo Rangellə qarşılıqlı anlaşma əsasında vidalaşdıq.

Borçe Xristovla da birlikdə fəaliyyət göstərmişəm. Onunla bağlı qərarı mən vermişəm. Sadəcə, elə şeylər var ki, onları açıqlamaq istəmirəm. Bu gün bu qərar lazım idi və verdim".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti