"Maraqlı oyun oldu. Çox gərgin matç idi. Qələbə qazanmaq istəyirdik, yaxşı müdafiə olunurduq. Ən azı 1 xalı haqq edirdik".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XIII turunda "Qarabağ"a 2:3 hhesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, rəqibin daha çox pressinq edəcəyini gözləyib: "Matçın əvvəlində yaxşı qapandıq. İki qol vurduq. İkincidən sonra tez buraxdıq. "Qarabağ"a qarşı 10 nəfərlə qalmaq çətindir.
Qırmızı vərəqədən sonra bir əvəzetməmiz qalmışdı. Oyunun qırılma anı buraxdığımız ikinci qol idi. Sonda hesabı bərabərləşdirə bilərdik. Amma alınmadı.
Oyunlarımız maraqlı və gərgin keçir. Növbəti oyunlara hazırlaşacağıq"Sadıqov deyib ki, görüşdəki səhvləri analiz etmək üçün hələ tezdir:
"Sonra oyunu analiz edəcəyik. Düşünürəm ki, qələbə üçün hər şey etdik. Rəqibə əvvəldən qol imkanları vermirdik. Qol buraxdıqdan sonra alınmadı. Futbolçular sona qədər mübarizə apardılar.
Səhvlər mütləq var, rəqib də bizi buna məcbur etdi. Bu gün ən optimal heyətə malik "Qarabağ" gördüm. Buna tab gətirmək asan deyil. Düşünürəm ki, bir az çalışsaq, daha yaxşı ola bilərik".

