“Zirə“nin də AĞAsı var

22 Dekabr 2020 11:00 Zirə 941
“Zirə“nin də AĞAsı var

“Zirə“nin hücumçusu Ağabala Ramazanov Premyer Liqanın 12-ci turunun “Sumqayıt”la oyununda (2:2) rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, o, “qartallar”ın Premyer Liqada ən yaxşı yerli bombardiri olub.

Qəsəbə təmsilçisinin heyətində 12-ci matçına çıxan forvard 7-ci dəfə fərqlənib. Komandanın kapitanı bununla da 6 qol vuran Vüsal İsgəndərlini arxada qoyub.

Ağabala “Zirə”nin Premyer Liqadakı bombardirləri cədvəlində 5-cı sırada qərarlaşıb. O, yalnız legionerlərdən – Nelson Bonilla (14), Riçard Qadze (13), Xulio Sezar Rodriqes (12) və Milan Duriçdən (8) geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!