"Zirə"nin Qismətində bu da var imiş - FOTOREPORTAJ

21 Dekabr 2020 19:20 Zirə 914
"Zirə"nin Qismətində bu da var imiş - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasının XII turunda Zirədə eyniadlı komanda ilə "Sumqayıt" arasındakı matç 2:2 hesabı ilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmada ilk qol 11-ci dəqiqədə vurulub.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Murad Xaçayev fərqlənib. Meydan sahibləri 56-cı dəqiqədə Ağabala Ramazanovun qolu ilə hesabı bərabərləşdirsələr də, cəmi 1 dəqiqə sonra Rəhim Sadıxov yenidən "Sumqayıt"ı önə keçirib.

62-ci dəqiqədə "qartallar" növbəti dəfə tarazlığı bərpa ediblər. Qismət Alıyev adını tabloya yazdırıb.

Bu heç-heçədən sonra xallarını 20-yə çatdıran "Zirə" 2-ci pillədəki mövqeyini qoruyub. "Sumqayıt" isə 16 xalla 4-cü sırada qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti