Prezident “Zirə”nin şəhid futbolçusunu medalla təltif etdi

16 Dekabr 2020 13:40 Zirə 1 272
Prezident “Zirə”nin şəhid futbolçusunu  medalla təltif etdi

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi" haqqında sərəncam imzalayıb.

Sportinfo.az xəbər verir ki, "Zirə"nin şəhid futbolçusu İlqar Bürcəliyev də “Vətən uğrunda” medalı ilə təltif edilib.

"Zirə"nin U-17 komandasının sabiq üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də - Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub. Onun qardaşı Tamerlan Bürcəliyev "Zirə"nin əsas komandasında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti