Rəşad Sadıqovun gözündən düşən ilk futbolçu kimdir?

16 Dekabr 2020 11:40 Zirə 1 349
Rəşad Sadıqovun gözündən düşən ilk futbolçu kimdir?

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov qış fasiləsində düşərgədən göndərəcəyi ilk futbolçunu müəyyənləşdirib.

Sportinfo.az-ın məlumaatına görə, gənc çalışdırıcı artıq Ali Siseyin xidmətinə maraq göstərmir.

Bu ilin əvvəlində qəsəbə təmsilçisi ilə 1 il+6 aylıq müqavilə imzalayan sierra leoneli müdafiəçi əsas heyətə düşmək uğrunda mübarizəni uduzduğundan, Sadıqov ondan imtina etmək qərarına gəlib.

London "Arsenal"ının yetirməsi olan afrikalı daha əvvəl İngiltərədə "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçdə "Frey", Yunanıstanda "Kissamikos" və Bolqarıstanda "Arda"da çıxış edib. 26 yaşlı futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM