"Zirə"də XƏSTƏ yoxdur

14 Dekabr 2020 20:20 Zirə 928
"Zirə"də XƏSTƏ yoxdur

Premyer Liqanın 12-ci turunda «Sumqayıt»ı qəbul edəcək «Zirə» növbəti dəfə koronavirus testindən keçib.

Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib.

Bildirilib ki, məşqçi korpusunda və heyətində xəstəliyin əlamətləri aşkarlanmayıb. Bir müddət əvvəl ikinci dəfə koronaya yoluxmuş Klesi Bauk da artıq kollektivə qoşulub.

Qəsəbə təmsilçisi protokola uyğun olaraq dekabrın 18-də – qarşılaşmaya 2 gün qalmış daha bir dəfə testdən keçəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM