«Zirə» Premyer Liqanın qış çempionu olarsa, futbolçularına əlavə mükafat ödəyəcək.
Sportinfo.az-ın məlumatına görə, bu, klub rəhbərliyinin vədidir.
Komanda 11 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. «Qarabağ»la eyni xala malik «qartallar» qarşıdakı 2 turda həm onlarla, həm də «Sumqayıt»la qarşılaşacaq.
Zirəlilər maksimum nəticə əldə edəcəyi təqdirdə, əvvəlki turlarda əldə etdiyi bonusdan xeyli artığını qazanacaq – hardasa 4000 manat.

