"Zirə"dən ayrıldı, ölkəsində yeni klub tapdı - FOTO

12 Dekabr 2020 19:40 Zirə 1 011
"Zirə"dən ayrıldı, ölkəsində yeni klub tapdı - FOTO

"Zirə"dən ayrılan Alvaro Ampueronun yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı perulu cinah müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək.

Ampuero "Mannuççi" ilə bir illik müqavilə imzalayıb.

Karyerası ərzində İtaliyada “Padova”, “Parma”, “Salernitana”, Peruda “Universitario”, “Munisipial” kimi klublarda çıxış edən Ampuero, 2019-cu ilin avqustundan 2020-ci ilin yayına kimi “Zirə”də çıxış edib.

Sol cinah müdafiəçisi Peru yığmasında da 9 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM