Azərbaycanlı federasiya rəsmisi seçildi – İnzibati Şurasına

17 Oktyabr 2020 21:50 Voleybol 558
Azərbaycanlı federasiya rəsmisi seçildi – İnzibati Şurasına

Avropa Voleybol Konfederasiyasının (CEV) İnzibati Şuranın tərkibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, Avstriyanın paytaxtı Vyanada keçirilən 41-ci Baş Assambleya çərçivəsində baş tutan prezident seçkilərinin ardından reallaşıb.

Şuraya 19 nəfər daxil edilib. Qurumun serbiyalı prezidenti Aleksandr Boriçiçin rəhbərlik etdiyi qurumda Azərbaycan da təmsil olunub.

Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov İnzibati Şuraya üzv seçilib.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda