Ölkəmizi avrokubokda təmsil edəcək ilk komanda

12 May 2020 09:14 Voleybol 525
Ölkəmizi avrokubokda təmsil edəcək ilk komanda

Azərbaycan Voleybol Federasiyası (AVF) 2020/2021 mövsümündə ölkəmizi avrokubokda təmsil edəcək komandanı müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, AVF qadınlardan ibarət “Azərreyl”in Çağırış kubokunda oynamasını məqsədəuyğun sayıb.

Federasiya rəhbərliyi, həmçinin legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb.

Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu qalıb və onun üçün lazımı şərait yaradılıb. Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.

Xəbər Lenti