Bakı klubu slovakiyalı hücumçu ilə müqavilə bağladı

8 May 2020 12:16 Voleybol 1 301
Bakı klubu slovakiyalı hücumçu ilə müqavilə bağladı

“Azərreyl” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Slovakiya millisinin voleybolçusu Romana Hudeçova ilə danışıqları müsbət yekunlaşdırıb.

27 yaşlı, 178 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. O, son mövsümü Albaniyanın “Partizani” klubunda keçirib. Hudeçova daha öncə “Nitra”, “Slaviya” və “Strabak” komandalarının şərəfini qoruyub.

Hücumçu 3 dəfə Slovakiya çempionu, 1 dəfə ölkə kubokunun sahibi olub. O, 2010-cu ildən Slovakiyanın gənclər, 2013-cü ildən əsas yığmasının formasını geyinir. “Azərreyl” daha öncə sloveniyalı Moytsa Pene ilə müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda