Azərbaycan klubu legioneri ilə vidalaşdı - Koronavirusa görə

19 Mart 2020 23:00 Voleybol 743
Azərbaycan klubu legioneri ilə vidalaşdı - Koronavirusa görə

"Azərreyl" qadın voleybolçusu Pismaht Dorislə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda koronavirusla bağlı Azərbaycan çempionatında yaranmış fasilə ilə əlaqədar olaraq, Pismaht Doris ilə müqaviləni sonlandırmaq qərarına gəlib.

20 yaşlı hücumçu pandemiyaya görə Bakı klubundan ayrıldığını bildirib. Pişmat mövsümün əvvəlində Zaqreb "Dinamo"sundan "Azərreyl"ə keçmişdi..

"Bu komandada peşəkar məşqçi və oyunçu heyəti ilə çalışmaq mənim üçün böyük uğur idi. Yenidən Azərbaycanda görüşmək ümidilə...”, - deyə P.Doris bildirib.

Digər Xəbərlər
Xəbər Lenti