Azərbaycanda yeni regional akademiya yaradılır

7 Noyabr 2023 02:30 Voleybol 679
Azərbaycanda yeni regional akademiya yaradılır

"Azərbaycanda voleybol akademiyası yaratmaq və bunun Regional Voleybol Akademiyası olmasını istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mətbuat konfransında deyib.

Federasiya rəhbəri Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçin Bakıya səfərini yüksək qiymətləndirib:

"Əsas istiqamət gənclərin, məktəblilərin bu idman növünə cəlb edilməsidir. Bünövrə yaxşı olmasa, nailiyyətlər əldə edə bilməyəcəyik.

Aşağı yaş qruplarında voleybolun inkişafı bizim üçün prioritetdir".

Şahin Bağırov Azərbaycan Regional Voleybol Akademiyası yaradılacağını sözlərinə əlavə edib:

“Akademiyanın ideyası təqdim olunur. Nə vaxt yaradılacağı hələ ki, bəlli deyil. Aleksandar Boriçiç də öz təkliflərini irəli sürüb”.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol