Yığmamız bilet almağa pul tapmadı - Avrokubokda iştirakdan imtina etdi

23 Mart 2022 17:40 Voleybol 682
Yığmamız bilet almağa pul tapmadı - Avrokubokda iştirakdan imtina etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu il keçiriləcək Gümüş Avropa Liqasında iştirakdan imtina edib.

Bu barədə Finlandiya Voleybol Assosiasiyasının rəsmi saytı məlumat yayıb, lakin yığmanın hansı səbəbdən yarışa qatılmayacağı açıqlanmayıb.

Azərbaycan Finlandiya və Macarıstanla birlikdə A qrupunda mübarizə aparmalı idi. Yarışa 2022-ci il mayın 25-də start veriləcək. Qruplarında ilk pilləni tutan komandalar "Dördlər finalı"na vəsiqə qazanacaq.

Millimizin Gümüş Avropa Liqasından imtinası maliyyə çatışmazlığı ilə əlaqədardır. Azərbaycan Voleybol Federasiyası Bakı-İstanbul-Helsinki reysi ilə mənzil başına yollanmalı olan komandaya bilet ala bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti