Azərbaycanlı futbolçuların sevimlisi “Dənizlispor“da

7 Avqust 2020 16:14 Türkiyə 1 503
Azərbaycanlı futbolçuların sevimlisi “Dənizlispor“da

Dünən “Kayserispor”dan ayrılan Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə, millimizin sabiq baş məşqçisi yenə Türkiyədə çalışacaq.

Kayserinin eyniadlı təmsilçisi ilə müddəti başa çatan müqaviləsini yeniləməyən xorvatiyalı mütəxəssis fəaliyyətini “Dənizlispor“da davam etdirəcək.

Prosneçki “xoruzlar“la 2 illik kontrakt şərtlərini bu gün razıılaşdırıb və “Neftçi“dən tanıdığımız Levent Kartopu əvəzləyib.

O, “Kayserispor”u 2019-cu ilin dekabrından çalışdırırdı. 51 yaşlı mütəxəssis bu komandanı 19 oyuna çıxarıb. 6 qələbə qazanan, 5 heç-heçə edən və 8 dəfə uduzan Kayseri təmsilçisi 18 komanda arasında sonuncu olub. Lakin Super Liqa ilə bağlı verilən son qərara əsasən komanda elitanı tərk etməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR