"Qalatasaray"la yollarını gözlənilmədən ayırdı - FOTO

12 May 2020 01:52 Türkiyə 729
"Qalatasaray"la yollarını gözlənilmədən ayırdı - FOTO

"Qalatasaray"ın məşqçisi Hasan Şaş istefa verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisində Fatih Terimin köməkçisi olan 44 yaşlı mütəxəssis sosial şəbəkədə öz istəyi ilə komandadan ayrıldığını yazıb.

Hasan Şaş 2018-ci ildən "Qalatasaray"da işləyir. O, daha öncə 2011 - 2013-cü illərdə köməkçi məşqçi olub.

Sabiq yarımmüdafiəçi 1998 - 2009-cu ildə klubun formasını geyinib. Hasan Şaş 5 dəfə Türkiyə çempionluğu ilə yanaşı, UEFA Kuboku (hazırkı Avropa Liqası) və UEFA Super Kubokunun qalibidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu