"Qarabağ" üçün "Şirvan"dan başlayan…

6 Noyabr 2023 01:20 Qarabağ 960
"Qarabağ" üçün "Şirvan"dan başlayan…

“Qarabağ” Azərbaycan çempionatlarında 90-cı dəfə evdə böyük hesabla qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın 12-ci turunda “Kəpəz”i məğlub edib – 7:1.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı bunadək 89 dəfə qonaqlara üç və ya daha çox top fərqi ilə qalib gəlmişdi.

Yubiley uğuruna imza atan “Qarabağ” öz meydanında qazanılan böyükhesablı qələbə sayında mütləq rekorda da imza atıb. Heç bir komanda evdə daha çox belə qələbə qazanmayıb.

Ağdam təmsilçisi ilk böyükhesablı qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. “Qarabağ” evdə Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti