AFFA-nın baş katibinin "Qarabağ", "Neftçi" və "Sabah"dan "gözü su içirmi"?

17 Avqust 2023 08:30 Gündəm 1 400
AFFA-nın baş katibinin "Qarabağ", "Neftçi" və "Sabah"dan "gözü su içirmi"?

"Bütün klublarımızdan qələbə gözləyirik.

İlk matçda 3 təmsilçimizdən ikisi qalib gəldi və bu, sevindirici haldır.

Düşünürəm ki, qələbələrin davamı gələcək".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev ölkə komandalarının avrokuboklardakı şanslarından danışarkən deyib.

O, "Qarabağ", "Neftçi" və "Sabah"a uğurlar arzuladığını bildirib:

“Neftçi”nin rəqibi çox çətindir. Lakin Bakıdakı matçın ikinci hissəsini çox yaxşı keçirdilər.

Ona görə də onlardan gözəl oyun gözləyirik. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Bakıda bir gündə keçirilən 3 avrokubok qarşılaşmasının təşkilatçılığı yüksək səviyyədə idi.

Bunun üçün həm klublar, həm də dövlət orqanları tərəfindən layiqli işlər görülmüşdü. Biz də AFFA olaraq onlara təşəkkürümüzü bildiririk".

"Qarabağ" Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyada HİK-in (ilk oyun 2:1) qonağı olacaq.

Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" Türkiyədə "Beşiktaş"la (ilk oyun 1:3), "Sabah" isə Serbiyada "Partizan"la (ilk oyun 2:0) üz-üzə gələcək.

Hər üç qarşılaşma avqustun 17-də gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”