Şahruddinin Adanada “Qalatasaray”dan buraxdığı qollar - VİDEO

27 Aprel 00:30 Türkiyə 433
Şahruddinin Adanada “Qalatasaray”dan buraxdığı qollar - VİDEO

Türkiyə Super Liqasında 34-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” doğma meydanda lider “Qalatasaray”la qarşılaşıb.

Şahruddinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Məhəmmədəliyev oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Adana Dəmirspor” bu nəticədən sonra 41 xalla 20 iştirakçı arasında 11-ci, “Qalatasaray” 93 xalla zirvədə qərarlaşıb.

"Adana Dəmirspor" – "Qalatasaray" 0:3
Qollar: H.Ziyeş, 53. K.Demirbay, 64. M.İkardi, 90+1.

Digər Xəbərlər
Xəbər Lenti