“İspaniyada oynadığım zaman Messidən daha yaxşı idim"

27 Aprel 01:30 Türkiyə 577
“İspaniyada oynadığım zaman Messidən daha yaxşı idim"

“Trabzonspor”un şimali makedoniyalı futbolçusu Enis Bardi İspaniyada oynadığı zaman Messidən daha yaxşı cərimə zərbələri statistikasına malik olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “Trabzonspor” jurnalına müsahibə verib

Futbolçu müsahibəsində Messidən daha yaxşı oynadığını deyib:

“İspaniyada oynadığım zaman Messidən daha yaxşı cərimə zərbəsini vururdum.

Deyək ki, bu, bir az həqiqəti olan zarafatdır. Belə müqayisələr edəndə özümü çox yaxşı hiss edirəm və qürur duyuram”.

Digər Xəbərlər
Xəbər Lenti