“Fənərbaxça” ilə müqavilə imzalamaq üçün İstanbulda - PSJ-nin müdafiəçisi

23 Yanvar 2025 00:00 Türkiyə 648
“Fənərbaxça” ilə müqavilə imzalamaq üçün İstanbulda - PSJ-nin müdafiəçisi

PSJ-nin müdafiəçisi Milan Skrinyar Türkiyə klubu “Fənərbaxça” ilə müqavilə imzalamaq üçün İstanbula gedib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl 29 yaşlı Skrinyarın gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın PSJ-yə transferi üçün “Napoli”yə təklif olunduğu bildirilirdi.

Slovakiyalı futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm bütün yarışlarda 5 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti