Kapitan and içdi, söz verdi: “Vallah, qalib gələcəyik” - VİDEO

5 Yanvar 00:20 Türkiyə 848
Kapitan and içdi, söz verdi: “Vallah, qalib gələcəyik” - VİDEO

Türkiyə Superliqasının 18-ci turunda “Konyaspor” səfərdə “Alanyaspor”la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, konyalılar bu matçda 1:2 hesabı ilə məğlub olub.

Matçdan sonra komandanın azarkeşləri uğursuz nəticə göstərən klubun futbolçularına etiraz ediblər.

Futbolçular da onların etirazlarını qarşılıqsız qoymayıb. Onlar tribunaya yaxınlaşaraq üzr istəyiblər və komandanın kapitanı Yusuf Erdoğan azarkeşlərə növbəti matçda qələbə qazanacaqlarına dair söz verib.

O, tərəfdarlara üz tutaraq and içib: “Vallah, qalib gələcəyik. “Fənərbaxça”nı udacağıq”.

Sözügedən görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!